AZ

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib - XİN

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib, xəsarət alan olmayıb.

Bu barədəAzərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

"Avqustun 28-i, gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib. Raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib. Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib", - məlumatda deyilir.

Bununla belə, səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirlik fəaliyyətini davam etdirir.

Seçilən
39
27
aznews.az

10Mənbələr