AZ

Əlilliyi ləğv edilmiş Qarabağ qazisinin Agentliyin sədri Ramin Rzayevə MÜRACİƏTİ


Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri cənab  Ramin Rzayevə

Ağsu rayon   sakini      Babayev  Qismət  Nurulla oğlu  tərəfindən 

 

                                       MÜRACİƏT

 

Cənab  sədr!

 

Mən  Qarabağ  uğrunda hərbi əməliyyatlar  nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş  zədələnmələr, sol budun (3-1-nin) qəlpə yaralamasından sonrakı  vəziyyətlə  bağlı   2-ci qrup əliləm.

Sonradan mənə məlum olmayan  səbəbdən əlillik  dərəcəm dayandırılıb. Əlillik hüququmun bərpa olunması üçün dəfələrlə müxtəlif dövlət qurumlarına müraciət etsəm də problemin həlli istiqamətində heç bir tədbir görülməyib. Halbuki bu gün də səhhətimdə problemlər var,  dərman preparatlarını mütəmadi şəkildə qəbul edirəm.

Hörmətli Ramin müəllim !

Sizin göstərişiniz  və nəzarətiniz  altında YENİDƏN TƏKRAR  istənilən ƏYANİ,  ŞƏFFAF  TİBBİ  MÜAYİNƏDƏN keçməyə hazıram.

Xahiş edirəm, mənim əlillik hüququmun bərpa olunmasına kömək edəsiniz.

 

 

Hörmətlə, Qismət Babayev.

 



Seçilən
1
nuh.az

1Mənbələr