AZ

Prezident İlham Əliyevin “ Əl-Ərəbiyyə” telekanalına müsahibəsi barədə » AzadMedia.az


44 günlük Vətən Müharibəsindən 5 il, antiterror əməliyyatından 2 il keçir. Tarixdə ilk dəfə ərazi bütövlüyümüzü və dövlətin suverenliyini bərpa etdik. Bu tarix heç vaxt unudulmayan və ya kimə isə güzəştə gedilən tarix deyil. Bu tarixi qazanmaq üçün illərlə vaxt lazım oldu, minlərlə şəhid vermiş olduq. Az qala işğaldan azad edilən hər evdə, hər obada şəhid qanı tökülüb. Şəhidlərin qanı yerdə qalmadı, ruhları şaddır, çünki uğrunda vuruşduqları və şəhid olduqları Vətən azaddır, müstəqildir, günü-gündən inkişaf edir.

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə telekanalına verdiyi müsahibədə Azərbaycan xalqını düşündürən, gələcək planlarımız, narahat düşüncələrə təcrübəli dövlət başçısı kimi münasibət bildirmişdir.

Haşiyə: 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev 31 Mart azərbaycanlıların soyqırımı günü haqqında Fərman verdi. Guya Qarabağ probleminin həllinə çalışan dövlətlərin rəhbərləri giley-güzar edib deyirdilər ki, biz münaqişəni dayandırmaq istəyirik, Azərbaycanın dövlət başçısı isə münaqişəni qızışdıran Fərman imzalayır. Ümummilli lider onlara cavabında deyirdi ki, tarix olduğu kimi yazılmalıdır, tarixi təhrif etmək olmaz. Hər bir yanlış tarix sonradan faciələrə yol açır.

Bəli, zamanında erməni bizdən nə istəyir sualına doğru cavab tapa bilmədik. 1905-1906-cı illərdə Bakı daxil olmaqla bir çox bölgələrimizdə erməni-müsəlman qırğını baş verdi. Qırğından sonra problemi dəyərləndirən ziyalılarımız bu davanı iki qonşu xalq arasında məişət münaqişəsi kimi qələmə verdi. Nəticə yanlış idi. Çünki ermənilır 1890-cı ildə Daşnaksutun partiyasını yaratmaqla böyük ermənistan planını reallaşdlrmağı qarşılarına məqsəd qoymuşdular. Yəni türklər məhv edilməli, torpaqları ermənilərə verilməlidir.

1918-1920-ci illərdə ermənilərin türk-müsəlman əhalisinə qarşı soyqırımı daha amansız və qəddarlığı ilə yaddaşlara həkk olundu. Təəssüflər olsun ki, yenə də əsl suala cavab tapmaq olmadı. 1920-ci ilin aprel işğalı erməni məkrini ustalıqla gizlədə bildi, əvəzində xalqlar dostluğunu tərənnüm etməyə başladı.

1948-1953-cü illərin deportasiyasının əsl mahiyyəti insanlardan gizlədildi. Minlərlə azərbaycanlı Qərbi Azərbaycanda öz dədə-baba torpaqlarından çıxarıldı.
1980-ci illərin sonlarında Azərbaycan yenidən erməni məkri ilə üz-üzə dayandı. Dünyanın hər yerindən dəstək alan ermənilər Azərbaycanın 20 faiz torpağını işğal etdilər. Bu proses 30 ilə qədər çəkdi. Tarixin ibrət dərsləri köməyimizə gəldi. Azərbaycan Prezidenti bu barədə deyir:” Birinci Qarabağ müharibəsi 1994-cü ildə atəşkəslə başa çatdı və biz 2020-ci ilə qədər davam edən sonsuz və mənasız danışıqlar prosesində iştirak etdik. 2020-ci ildə isə İkinci Qarabağ müharibəsi başladı və biz beynəlxalq səviyyədə tanınmış ərazilərimizi azad etdik.”

Hər bir müharibə nəticəsindən asılı olmayaraq sülh ilə nəticələnir.Azərbaycan da 10 noyabr Bəyanatından sonra məğlub tərəfə sülh təklif etdi, hətta şərtlərini də irəli sürdü. Çox təəssüflər olsun ki, erməni tərəfini şirnikləndirən qüvvələr bu prosesi 5 il ləngitdilər. Prezident İlham Əliyev bu barədə deyir:” Danışıqlar bir neçə il davam etdi və nəhayət, Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Bu münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var- Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur.”

Azərbaycan Prezidenti Ermənistanla Azərbaycan arasında 30 il davam edən və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatan hadisələrə də münasibət bildirib. Prezident bu barədə deyir:” 2020-ci il müharibəsi bizim qələbəmizlə başa çatsa da, Azərbaycanda hələ də intiqam tələb edən insanlar var idi. Amma mən o vaxt xalqımıza müraciət edərək demişdim ki, biz intiqamı döyüş meydanında aldıq. Biz onların bizə etdiklərini etməyəcəyik, çünki onların bizə qarşı törətdikləri müharibə cinayəti idi. Əgər Ermənistanın hər hansı gələcək hökuməti hakimiyyətə gəldiyi vaxtdan asılı olmayaraq, Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, Ermənistan ciddi çətinliklərlə üzləşəcək. Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına alarsa, biz də adekvat cavab verəcətik.”

Azərbaycan Prezidenti ATƏT-in Minsk qrupunun fəaliyyətinə də münasibət bildirmişdir. Bütün beynəlxalq təşkilatlardan ən ədalətsizi, xalqımıza düşmən münasibət sərgiləyən Minsk qrupu oldu. Sanki bu qrupun missiyası Qarabağı Azərbaycandan qoparıb Ermənistana vermək idi. Dövlət başçısı bu barədə deyir:” Bizim məntiqimiz bundan ibarət idi ki, Minsk qrupu 1992-ci ildə ATƏM tərəfindən Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı.

44 günlük Vətən Müharibəsindən sonra Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur. Bu mövqeyimizin əsasında dayanan məntiq idi. Ermənistana anlatmaq üçün çox vaxt və səy sərf etdik ki, hər iki tərəf Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə məktub yazsın və bu , Prezident Trampın iştirakı ilə baş verdi.”

Erməni işğalının ən ağır nəticələrindən biri qaçqın və köçkünlərlə bağlıdır. 80-ci illərin sonlarında minlərlə Qərbi azərbaycanlı öz dədə-baba yurdlarlndan didərgin salındı. O dövrün iqtidarı qaçqınları qəbul etməyə hazır olmadığı kimi, onları yerləşdirməkdə də səhvlərə yol verdi. Qarabağda ermənilərin azərbaycanlı kəndlərinə hücumu artdıqca, əliyalın əhali məcburi şəkildə ev-eşiklərini tərk edir, məcburi köçkünə çevrilirdilər. Prezident bu barədə deyir:” Bu illər ərzində çətin şəraitdə yaşayan çox sayda qaçqın və məcburi köçkünlərimiz oldu. Biz hətta işğal dövründə də köçürülmə proqramını həyata keçirdik, çünki onların tam əksəriyyıti on ildən artıq müddətdə çadır düşərgələrində yaşayırdı.
Prezident seçildiyim andan çadır düşərgələrinin ləğvi prosesinə başladıq və bu işi 2007-ci ildə tamamilə yekunlaşdırdıq. Buna baxmayaraq, minlərlə, on minlərlə soydaşımız uzun illər çox ağır şəraitdə yaşamaqda davam edirdi. Hazırda isə “Böyük Qayıdış” Proqramı çərçivəsində onların doğma yurdlarına qayıdışı prosesinə start verilib. Biz artıq 50 mindən çox insanı azad olunmuş ərazilərdə məskunlaşdırmışıq və bu proses davam edir.”

Prezidentin məlum müsahibəsi bir daha göstərir ki, dünyanın bir çox xalqları uzun illərdir ki, işğala məruz qalıb, dədə-baba torpaqlarını itiriblər, müstəqilliyi təhlükə altındadır. Azərbaycan yeganə dövlətdir ki, ağır, üzücü münaqişə və müharibədən sonra öz müstəqilliyini bərpa edib.

Avropanın ayrı-ayrı şəhərlərində Azərbaycan xalqının tarixindən xəbərsiz, adət-ənələrimizdən uzaq, ağzı küçə söyüşləri ilə açılan insanlar yaşayır. Görəsən, bu insanlar özləri haqqında nə düşünürlər. Bunlar müstəqil Azərbaycana hansı xidməti göstərdilər ki, iqtidar onları qiymətləndirmədi? Qarabağ döyüşlərində hansı qəhrəmanlıqları oldu? Söyüş millətin əxlaqına ziddir, söyüş cılızlıqdır, söyüş acizlikdir. Əmin olun, bu söyüş və böhtanların da bir sonu olacaqdır.


Anar İsgəndərov,
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri
Seçilən
1
azadmedia.az

1Mənbələr