AZ

Zelenski Ərdoğanla səfirliyimizin vurulmasını müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, görüşdə Türkiyə-Ukrayna münasibətləri, Rusiya-Ukrayna münaqişəsinin həlli və regional məsələlər müzakirə olunub.

Ərdoğan bildirib ki, Türkiyə Alyaska və Vaşinqtondakı prosesləri diqqətlə izləyir, davamlı sülh üçün səylərini davam etdirir və sülh bərpa olunduqdan sonra Ukraynanın təhlükəsizliyinə dəstək verməyə hazırdır.

***

Liderlər arasında telefon danışığı zamanı Kiyevdə Azərbaycan səfirliyinin yerləşdiyi binanın vurulması da müzakirə edilib.

Bu barədə V.Zelenski Teleqram kanalında yazıb.

O, həmçinin rus dronlarının Türkiyə müəssisəsi (Bayraqdar zavodu), AB nümayəndəliyi, "British Council" və yaşayış məntəqələrinin hədəf alındığını xatırladıb.

Seçilən
0
sitat.info

1Mənbələr