AZ

Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında

Avqustun 28-də Heydər Əliyev Fondu tərəfindən Şamaxının İkinci Cabanı və Böyük Xınıslı kəndlərində inşa olunan körpələr evi-uşaq bağçalarının açılışı olub.

Publkika.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib.

Leyla Əliyeva körpələr evi-uşaq bağçalarının otaqları ilə tanış olub, uşaqlar üçün yaradılan şəraitə baxış keçirib.

Bildirilib ki, hər iki bağça kəndlərin mərkəzində yerləşir. Müasir və tam təchizatlı körpələr evi-uşaq bağçalarında balacalar üçün yataq və oyun otaqları, idman və musiqi zalları, tibb otağı, yeməkxana və digər inzibati, texniki otaqlar mövcuddur. Məktəbəqədər təhsil müəssisələri zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçaların həyətyanı ərazilərində yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları quraşdırılıb.

Seçilən
0
47
publika.az

10Mənbələr