“Meydan” TV işi üzrə daha bir nəfər həbs edilib.
Foto-müxbir Əhməd Muxtar “Meydan” TV işi ilə əlaqədar saxlanılıb.
Onun barəsində istintaq orqanının təqdimatı əsasında bu gün məhkəmə həbs qərarı çıxarıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında “Meydan” TV işi üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb.