BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Bu il Azərbaycan Tibb Universitetində həkimlik üçün təhsil haqqı 4500 manatdan 6500 manata artırılıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Ötən il ödənişi 4 min manat olmuş diş həkimliyində təhsilhaqqı isə 2 min manat artırılaraq 6 min olub.
Başqa ixtisaslarda da belə artımlar olub.
Sosial mediada təhsil haqqının bir ildə 40 faizdən çox artırılması çoxlu müzakirələrə səbəb olub.
Tural adlı istifadəçi yazıb ki, "Elə ona görə, məzun olanlar Almaniyaya qaçır. Almaniyanın elə şəhəri yoxdur ki, orada azərbaycanlı həkim tapmayasan".
Ayku Utopik adlı istifadəçi yazıb ki, "Tək altı illlik təhsil haqqı az qala 40 min pul edir, dəli olublar".
Tənqidlərlə razılaşmayan doctor Mehriban adlı istifadəçi hesab edir ki, böyüdüləcək rəqəm deyil.
O bildiri ki, "ADA Universitetində də belə qiymətlərdir. Ustəlik həkimlik üçün bu belə azdır. Həkim hər yerdə həkimdir, amma nə müəllim, nə mühəndis hər yerdə ola bilmir".
Başqa bir istifadəçi sual edir ki, "Hansı təhsilə görə 6500 manat versinlər? Qoca müəllimlərin slaydla dərs keçməsinə versinlər o pulu? 6 il oxuduqdan sonra rezidnet həkim kimi 400 manat maaş alsınlar? Guya yüksək səviyyəli təhsil verirlər? Gənc həkimlərin çoxu Türkiyəyə, Almaniyaya qaçırlar ki, nəsə öyrənsinlər".
Məmmədova Atayeva adlı istifadəçi yazır ki, "Yazıq kasıbın balası oxumasın deyə qaldırılır. Maaşa baxan valideyn ildə 6500 manatı necə versin?! Hətta hazırlığa da nə qədər pul tökülür".
Səadət adlı istifadəçi yazır "Nəyə əsasən qaldırmısız? Hamıya məlumdur ki, ATU-ya o boyda pul verməkdənsə xaricdə təhsil almaq daha əlverişlidir".
Tibb Universitetindən yerli mediaya bildirilib ki, təhsil haqqları Nazirlər Kabinetinin qərarına əsasən artırılıb.
Universitet bildirib ki, başqa universitetlərdə olduğu kimi ATU-da da təhsil haqqı artıb.
Video açılmırsa, Youtube kanalımızda baxın.