AZ

Rusiya Ukraynanın ən iri kəşfiyyat gəmisini vurdu – VİDEO

  Ukraynanın ən iri kəşfiyyat gəmisi vurulub.

Referans xəbər verir ki, Rusiya ordusu yeni pilotsuz katerlərdən istifadə edərək Dunay çayının mənsəbində yerləşən, su yerdəyişməsi baxımından ən böyük kəşfiyyat gəmisi olan “Simferopol”u vurub.

“Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus orta ölçülü “Simferopol” kəşfiyyat gəmisi sürətli dəniz dronu ilə Dunay çayının mənsəbində vurulub. Hücum nəticəsində Ukrayna gəmisi batıb”, – məlumatda qeyd olunub.

Ukrayna Hərbi Dəniz Qüvvələri gəminin hücuma məruz qalmasını təsdiq edib. Bildirilib ki, hücum nəticəsində 1 nəfər həlak olub.  //globalinfo.az


Seçilən
17
4
referans.az

5Mənbələr