"Meydan TV" işi üzrə daha bir nəfər məsuliyyətə cəlb edilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə foto-müxbir Əhməd Muxtarın barəsində həbs qətimkan tədbiri seçilib.
Bu gün Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı, Ülvi Tahirov, Nurlan Qəhrəmanın (Libre), Ülviyyə Əli barəsində yekun ittiham elan olunub.
Bu gün, həmçinin Əhməd Muxtara da yekun ittiham elan olunub. İş üzrə ibtidai istintaq yekunlaşıb. Yaxın günlərdə cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.
Qeyd edək ki, 2024-cü ilin dekabrında "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.
Daha sonra isə 2025-ci ilin fevralın fevralın 5-də “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev (Şəmşad Ağa) “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb.