Meyxanaçı Namiq Qaraçuxurlu (Namiq Şükürov) Rusiyaya buraxılmayıb.
Publika.az OLAY-ya istinadla xəbər verir ki, qonşu ölkəyə yollanan sənətçi ötən gecə Şeremetyevo Beynəlxalq Hava Limanında sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılıb. İfaçının köməkçisi İlkin Şükürovun da (qardaşı oğlu - red.) ölkəyə keçməsinə icazə verilməyib. Bir neçə saat dindirildikdən sonra İlkin sərbəst buraxılıb.
İddialara görə, Namiq Qaraçuxurlunun saxlanılma prosesi bir neçə saat çəkib.