AZ

Moskva sülh istəmir, sanksiyalar təsirsizdir: Putin hansı yolla dayandırıla bilər? - ŞƏRH

Bu gün səhər saatlarında Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumu həyata keçirib. Paytaxt Kiyev də daxil olmaqla bir sıra şəhərlər raket və dronlarla vurulub. Hücum nəticəsində ən azı 19 nəfər həlak olub, 63 nəfər yaralanıb.

Ölənlər arasında uşaqların da olduğu bildirilir. Zərbələr nəticəsində mülki infrastruktur, o cümlədən məktəblər və Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin binası da zədələnib.

Hadisəyə beynəlxalq reaksiyalar da gecikməyib. ABŞ prezidenti Donald Tramp baş verənləri kəskin şəkildə pisləyərək bildirib ki, bu cür hücumlar sülh prosesinə ciddi təhdiddir. Trampın bu sərt reaksiyası Rusiya ilə sülh perspektivlərinə dair nikbin fikirlərdən uzaq bir mövqeyi əks etdirir.

Bu addımlar göstərir ki, Moskvanın nə sülh, nə də atəşkəs kimi bir niyyəti yoxdur. Bəs Rusiyanı necə durdurmaq olar? Turkustan.azolaraq bu suallarımızı politoloq Samir Hümbətova ünvanladıq.

Samir

Samir Hümbətov

Rusiya atdığı addımlarla sülhə maraqlı olmadığını göstərir. Tramp hər dəfə qeyd edir ki, "mən nikbinəm, düşünürəm ki, Rusiya ilə sülhə nail olacağıq", amma mən hesab etmirəm ki, Rusiyanı bu cür bəyanatlarla sakitləşdirmək mümkündür. Sanksiyalar da gözlənilən təsiri göstərmir. Düzdür, müəyyən dərəcədə təsirləri var, lakin hələ ki, real nəticə verməyib.

Rusiyanı dayandırmağın yeganə yolu daha güclü bir Ukrayna yaratmaqdır. Yəni, ordusu, silahlı qüvvələri və texnologiyaları baxımından üstün bir Ukrayna olmalıdır. Əgər bu mümkün olarsa, Rusiya qarşısında duruş gətirmək olar; əks halda, Rusiyanı dayandırmaq qeyri-mümkün olacaq.

Rusiya maksimalist siyasət yürüdür və daha çoxunu əldə etməyə çalışır. Bu səbəbdən ən optimal yol Ukraynanı gücləndirməkdir. Lakin görünür ki, bu hələlik Qərb dövlətlərinin prioriteti deyil. Ona görə də məsələni uzatmaq xətti üstünlük təşkil edir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
7
1
turkustan.az

2Mənbələr