AZ

Türkiyədə müdafiə şirkətinin rəhbərliyi hərbi casusluqda ittiham olunur

  Türkiyənin müdafiə sənayesi şirkəti “Assan Group”un rəhbər heyəti hərbi casusluq üzrə aparılan istintaq çərçivəsində saxlanılıb.

Referans APA-ya istinadən xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Agentliyin verdiyi məlumata görə, “Assan Group”un sahibi Emin Öner və baş direktoru Gürcan Okumuş FETÖ ilə əməkdaşlıqda da şübhəli bilinirlər.
Bildirilir ki, Öner və Okumuş “silahlı terror təşkilatının üzvü olmaq” və “hərbi casusluq” ittihamları ilə saxlanılıblar.

Hüquq-mühafizə orqanları şirkətin ofislərində və saxlanılanların evlərində axtarış aparıblar.

Qeyd edək ki, 1989-cu ildə təsis edilmiş şirkət müdafiə sənayesi, tikinti, logistika və energetika sahələrində ixtisaslaşıb, son illərdə isə artilleriya sursatları və pilotsuz uçuş aparatlarının komponentlərinin istehsalı ilə məşğul olub.  /globalinfo.az

Seçilən
9
9
referans.az

10Mənbələr