Meyxanaçı Namiq Qaraçuxurlu (Namiq Şükürov) Rusiyaya buraxılmayıb.
Editor.az Olay.az-a istinadən xəbər verir ki, qonşu ölkəyə yollanan sənətçi ötən gecə Şeremetyevo Beynəlxalq Hava Limanında sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılıb.
İfaçının köməkçisi İlkin Şükürovun da (qardaşı oğlu – red.) ölkəyə keçməsinə icazə verilməyib. Bir neçə saat dindirildikdən sonra İlkin sərbəst buraxılıb.
İddialara görə, Namiq Qaraçuxurlunun saxlanılma prosesi bir neçə saat çəkib. Səfirlik onun buraxılması üçün danışıqlar aparıb.
İlkin Şükürov bildirib ki, Namiq Qaraçuxurlu hazırda sərbəst buraxılıb.