
Moskvada Daxili İşlər Nazirliyi və FTX-nin birgə əməliyyatı zamanı “ən böyük teatrlardan biri”nin keçmiş direktoru saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
Məlumatda saxlanılan şəxsin və ya teatrın adı çəkilmir, lakin “Kommersant” və “112” Telegram kanalı mənbələrə istinadən yazır ki, bu, Satira Teatrının keçmiş direktoru Məmmədalı Ağayevdir.
KİV-də bildirilib ki, saxlanılan şəxs 20 milyon rubl məbləğində mənimsəmədə şübhəli bilinir. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, o, öz teatrı ilə qondarma müəllif müqavilələri bağlayıb və bununla da tamaşaların ssenari müəllifi kimi kassa gəlirlərinin müəyyən faizini alıb.