Goranboy rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində iki bacı xəsarət alıb.
Moderator.az xəbər verir ki, 2011-ci il təvəllüdlü Duyğu Kərimova və 2008-ci il təvəllüdlü Nəzrin Kərimova səkidə hərəkət edən zaman onları “VAZ 2107” markalı avtomobil vurub.
Xəsarət alan bacılar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin verdiyi məlumata görə, onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.