BAKI, 28 avqust. TELEQRAF
Məşhur meyxanaçı Namiq Qaraçuxurlu Rusiyaya gedərkən hava limanındasaxlanılıb.
Bu barədə Teleqraf-a Namiq Qaraçuxurlunun köməkçisi İlkin Şükürov məlumat verib.
O, qeyd edib ki, hadisə bu gün səhər saatlarında baş verib.
“Namiq Qaraçuxurlu Rusiyaya gedərkən təxminən 9 saata yaxın Şeremetyevo Beynəlxalq Hava Limanının əməkdaşları tərəfindən saxlanılıb. Mən isə 5 saat saxlanıldım. Lakin hazırda hər şey yaxşıdır və biz Rusiyadayıq”,-deyə meyxanaçının köməkçisi əlavə edib.
Qeyd edək ki, bu haqda ilk xəbəri Olay.az saytı yayıb.