AZ

Paşinyandan Kremlə daha bir gözdağı...

Ermənistanla Rusiya arasındakı uçurum dərinləşir...
 
Bugünlərdə Ermənistanın baş naziri Nikol Paşinyan maraqlı bəyanatla çıxış edib. Baş nazir Ermənistanın Rusiyanın moderatorluğu ilə yaradılan Avrasiya İqtisadi İttifaqından çıxa biləcəyini vurğulayıb. Paşinyan bunu Qərbə üz tutan Ermənistanın eyni zamanda Avrasiya İqtisadi İttifaqında təmsil olunmasının mümkünsüzlüyü ilə izah edib.
 
Paşinyanın məlum açıqlaması Ermənistanın Qərbə inteqrasiyada israrlı olduğunu, Rusiya ilə bütün körpüləri yandırmaqdan çəkinmədiyini göstərir. Bu fakt həm də sübut edir ki, Kreml Ermənistanı qəti şəkildə itirməkdədir və çox böyük ehtimalla bu itkinin geri dönüşü olmayacaq. 
 
Paşinyanın sözügedən bəyanatla indiki dönəmdə - Rusiya-Ukrayna müharibəsinin qızğın vaxtında çıxış etməsi İrəvanın Kremlə sadəcə iqtisadi-siyasi deyil, eyni zamanda mənəvi-psixoloji zərbəsi hesab edilə bilər.  Şübhə yoxdur ki, Ermənistan yaxın gələcəkdə Avrasiya İqtisadi İttifaqından çıxarsa, bu faktdan anti-Rusiya qüvvələri Kremlə psixoloji və ideoloji müstəvidə təzyiq üçün geniş istifadə edəcək, məlum reallıq Rusiyanın beynəlxalq aləmdəki nüfuzuna ciddi zərbə vuracaq. Bu isə siyasi-diplomatik müstəvidə demək olar ki, bütün dünyaya qarşı cəbhə alan Rusiya üçün əlavə problem deməkdir. Hansı ki, bu, onsuz da çoxsaylı problemlər məngənəsində sıxılan Rusiyanın istəyə biləcəyi ən son şeydir.
 
Seymur ƏLİYEV
Seçilən
2
moderator.az

1Mənbələr