AZ

Masallıda 41 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Masallıda bədbəxt hadisə nəticəsində 41 yaşlı kişi ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə Masallı rayonunun Qasımlı kəndi ərazisində yerləşən fermalardan birində baş verib.

Belə ki, axşam saatlarında 1-ci Yeddioymaq kənd sakini, 1984-cü il təvəllüdlü Rəşad Qədiməli oğlu Əsgərovu elektrik cərəyanı vurub. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yaxınlarının verdiyi məlumata görə, Rəşad Əsgərov ona məxsus fermanın ətrafında iş görərkən dəmir şəbəkədən ibarət çəpərə toxunub. Bu zaman onu elektrik cərəyanı vurub.

Baş verən hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit ərazidən götürülərək, daxil və xarici müayinə olunması üçün Mərkəzi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
11
15
apa.az

10Mənbələr