İsrail hərbçiləri "Ənsar Allah" üsyançı hərəkatının nəzarətində olan Yəmənin paytaxtı Səna şəhərinə zərbələr endiriblər.
Moderator.az xəbər verir ki, bu barədə üsyançılara məxsus "Al Masirah" telekanalı məlumat yayıb.
Hücum kanalda "Ənsar Allah"ın lideri Əbdülməlik əl-Husinin həftəlik müraciətinin yayımı zamanı baş verib.
Məlumata görə, şəhərdə bir neçə partlayış olub. Ölən və yaralananlar barədə məlumat verilmir.