AZ

Masallıda 41 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü

MASALLI, 26 avqust. TELEQRAF

Masallıda 41 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Masallı rayonunun Qasımlı kəndi ərazisində yerləşən fermalardan birində bədbəxt hadisə baş verib.

Məlumata görə, 1-ci Yeddioymaq kənd sakini, 1984-cü il təvəllüdlü Rəşad Qədiməli oğlu Əsgərov axşam saatlarında ona məxsus fermanın ətrafında iş görərkən dəmir setkadan ibarət çəpərə toxunub. Bu zaman onu elektrik cərəyanı vurub. Rəşad Əsgərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yaxınlarının bildirdiyinə görə, çəpərdə elektrik naqilləri olub və R.Əsgərov ehtiyatsızlıq nəticəsində onlara toxunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit ərazidən götürülərək Mərkəzi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
12
15
teleqraf.com

10Mənbələr