AZ

İsraildəki səfirimiz ABŞ səfiri ilə Vaşinqton görüşünü müzakirə etdi

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov ABŞ-ın İsraildəki səfiri Mayk Hukabi ilə görüş keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Muxtar Məmmədov sosial media hesabında paylaşım edib.

Diplomat bildirib ki, İsrail səfiri ilə Vaşinqton görüşü barədə fikir mübadiləsi aparılıb.

“ABŞ-ın İsraildəki səfiri Mayk Hukabi ilə Prezident Donald Trampın 3 həftə əvvəl Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə keçirdiyi Tarixi Sülh Sammitindən sonra Cənubi Qafqazda açılan perspektivləri müzakirə edən gözəl görüş keçirdik”, - Muxtar Məmmədov bildirib.

Seçilən
0
6
teleqraf.com

7Mənbələr