AZ

İkinci Yay Düşərgəsinin iştirakçıları Şamaxı rəsədxanasında olublar

Yazını böyüt
Yazını kiçilt

Şamaxı şəhərində keçirilən COP29 İqlim Dəyişmələri üzrə İkinci Yay Düşərgəsinin üçüncü günü başa çatıb.

Hafta.az xəbər verir ki, əvvəlcə CEE (“Centre for Environment Education”) tərəfindən “Yeddi addım metodologiyasına giriş – interaktiv fəaliyyətlərdən istifadə etməklə layihə-əsaslı təhsil yanaşması” mövzusunda təlim sessiyası keçirilib, məktəblərdə mövcud təcrübələrin paylaşılması və “bütün məktəb yanaşması”na çevirmək üsulları müzakirə edilib. Sonra şagird liderlərin hazırlanması ilə bağlı enercayzer təşkil edilib. Ardınca düşərgə iştirakçıları qruplara bölünərək layihələrini təqdim ediblər.

Daha sonra məktəb-icma əməkdaşlığının qurulması mövzusunda təlim sessiyası davam edib.

Günün sonunda düşərgə iştirakçılarının Şamaxı rəsədxanasına ziyarəti təşkil edilib.

Seçilən
1
2
hafta.az

3Mənbələr