ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Yenə ictimai nəqliyyatda gediş haqqının artacağı ilə bağlı məlumatlar dolaşır – bizim hökumətə 15 ildir izah edirik ki, nəqliyyatda birdəfəlik gediş haqqının neçəyə olması ancaq turistləri və ya nadir hallarda ictimai nəqliyyatdan insifadə edən avtomobil sahiblərini maraqlandırmalıdır. Birdəfəlik gediş haqqı mənasız mübahisə mövzusudur.
Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
“Hər gün nəqliyyatdan istifadə edən sərnişinlər üçün gündəlik, həftəlik, altı aylıq və illik gediş biletləri təsis olunmalıdır. Bu biletləri alan vətəndaşlar üçün fərqli tariflər müəyyən edilməlidir.
Əgər bir günlük bilet alınırsa və gün ərzində istənilən qədər nəqliyyatdan istifadə edilirsə, bunun qiyməti, məsələn, 2 manat ola bilər. Aylıq biletlər, təxminən 30 manat, altı aylıq biletlər 140 manat, illik biletlər isə 220 manat ola bilər. Belə sistem Avropa ölkələrində tətbiq olunur və sərnişinlər üçün həm daha sərfəli, həm də rahatdır. Nəqliyyat şirkətlərinə də bu sistem sərfəlidir – hər dəfə ÖNCƏDƏN pul almaqla, öz problemlərini, borc-xərclərini həll edə bilərlər.
Bundan başqa, şagird, tələbə və təqaüdçülər üçün ad-soyada bağlı kartlar olmalıdır, qiyməti, normal qiymətlərdən azı 2 dəfə ucuz olmalıdır, məsələn, tələbə, şagird, təqaüdçü cəmi 100 manat (altı aylıq 55 manat) ödəməklə il ərzində ictimai nəqliyyatdan (metro və avtobus) məhdudiyyətsiz istifadə haqqı qazanmalıdır”, - o bildirib.
Ekspert vurğulayıb ki, nəqliyyatda gediş haqqını artırırlar, amma bu qiymət artımı keyfiyyəti dəyişmir, müştəri məmnuniyyəti yaratmır...
Asena,
BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.