AZ

Emin Əmrullayev Təhsil Nazirliyinin bu idarəsinə 17 Milyonluq Mebel alır / Qalib bu şirkət oldu

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi mebel inventarlarının satın alınması məqsədilə keçirdiyi tenderin qalibi  “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti olub.

Tərəflər arasında yaxın zamanda ümumi dəyəri 17.128.303,94 manat olan müqavilə bağlanacağı gözlənilir. Satınalma çərçivəsində lövhələr, sənəd və paltar dolabları, kompüter masaları, ön və yan masalar, dəri üzlü banketkalar, çalışma dəzgahları, divar tipli havatənzimləyicilər, basqılı jalüzlər, rəqs zalı üçün güzgülər, səhnə üçün mebellər, mətbəx dəstləri, TV dolabları, asılqanlar, vitrinlər və digər mebel inventarlarının alınması nəzərdə tutulur.

Qalib şirkət olan “VEST-LTD” QSC-nin nizamnamə kapitalı 2050 manat təşkil edir, onun qanuni təmsilçisi isə Şahin Verdəliyev Əlimərdan oğludur. \\32gun.az

Seçilən
0
2
hurriyyet.az

3Mənbələr