AZ

F-16 qırıcı təyyarəsi qəzaya UĞRADI - Bu ölkədə...

Polşanın Radom şəhərində F-16 qırıcı təyyarəsi hava şousuna hazırlıq zamanı qəzaya uğrayıb, pilot ölüb.

Bu barədə Polşa hökumətinin nümayəndəsi Adam Szlapka məlumat verib.

Onun sözlərinə görə, F-16 Radomda “AirShow” aviasiya sərgisinə hazırlıq zamanı qəzaya uğrayıb.

"Təəssüf ki, pilot öldü. Müdafiə naziri Vladislav Kosiniak-Kamış baş nazirlə danışıb və indi qəza yerinə gedir", - sözçü bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda qırıcının kəskin hündürlüyü itirərək yerə çırpılması əks olunub.\\Ajans.az

Seçilən
6
6
hurriyyet.az

7Mənbələr