AZ

“Sheki City” “Xudat”la birləşir? – klub prezidenti açıqladı

Avqustun 20-də futbol üzrə ölkə çempionatının 2-ci liqasının püşkü atıldı. Mübarizəyə qoşulacaq 12 komanda arasında “Sheki City” də var.

Maraqlıdı ki, püşkatmadan sonra “Xudat” rəhbərliyi və futbolçuları bu komandanın “Sheki City” ilə birləşəcəyi ilə bağlı mediaya mesajlar ötürürlər.

İki komandanın birləşəcəyi ilə bağlı söhbətlər həqiqətdi? Həqiqətdisə, birləşmiş komanda hansı ad altında çıxış edəcək?

Məsələni aydınlaşdırmaq üçün hər iki klubun rəhbər şəxsləri ilə əlaqə saxlamağa çalışdıq. “Xudat”ın rəhbərləri zəngi açmasa da, Şəki təmsilçisinin prezidenti Elgün Hüseynov cavab verdi:
“Yayılan bütün məlumatlar dezinformasiyadı – belə söhbət yoxdu, heç biri həqiqəti əks etdirmir. “Sheki City” öz adı ilə 2-ci liqada mübarizə aparacaq”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
55
1
football-plus.az

2Mənbələr