Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Qayda pozan skuter sürücüsü qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində baş verən hadisənin görüntüləri kameraya düşüb. Belə ki, piyada keçidində gözləməyə səbri çatmayan 32 yaşlı skuter sürücüsü işıqforun qırımızı işığından keçib və hərəkətdə olan yük maşını onu vurub. Yük maşının sürücüsünün cüzi manevri skuterli şəxsi ölümdən xilas edib.
Yerli KİV-in məlumatına görə, qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 32 yaşlı şəxs xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilib.
Qəza ilə bağlı araşdırma aparılır.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.