AZ

"Benfika"nın baş direktoru: "Qarabağ"la evdə oynamağımız müsbət haldır

BAKI, 28 avqust. TELEQRAF

"Bizi böyük rəqiblərlə maraqlı matçlar gözləyir".

Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın "Benfika" klubunun baş direktoru Mario Branko deyib.

O, komandasının qitənin ən nüfuzlu turnirindəki ambisiyalarına toxunub: "Rəqiblərdən asılı olmayaraq "Benfika" kimi bir klub üçün Çempionlar Liqasında ilk məqsəd pley-offa çıxmaqdır. Rəqiblər bəlli olduğu üçün təqvimi bilmək də çox vacibdir, hansı ki, yalnız şənbə günü açıqlanacaq və bununla da hər bir məqamları təhlil edəcəyik".

Branko "Qarabağ"la oyunun Portuqaliyada keçiriləcəyini müsbət fakt adlandırıb: "Azərbaycana səfər etməməyimiz sevindiricidir, çünki məsafə baxımından bizə uzaqdadılar. Səfər oyunlarımızın hamısı bizə yaxın ölkələrədir. Hər matçı təhlil edib hazırlaşmağa vaxtımız olacaq. Hazırda mövsümün ilk dövrəsini ən yaxşı şəkildə başa vurmaq üçün bütün diqqətimizi daxili çempionatdakı növbəti oyunlarımıza yönəltmişik".

Seçilən
45
2
teleqraf.com

3Mənbələr