AZ

Almaniya hərbi dəmir yolu şəbəkəsini tamamlamağa yaxındır

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniya hərbi dəmir yolu şəbəkəsində işləri demək olar ki, başa çatdırıb. Avtosfer.az xəbər verir ki, bu barədə Almaniya Nəqliyyat Nazirliyinə istinadən "Tagesspiegel" qəzeti məlumat yayıb. NATO-nun hərbi texnikası Almaniya dəmir yolları ilə, o cümlədən Baltik dənizi limanlarından Polşanın Krakov yaxınlığındakı logistika mərkəzinə daşınır. Oradan yük Ukraynaya göndərilə bilər, çünki Kiyev Lvov vilayətində geniş relslər çəkib. Avqustun əvvəlində Almaniya Silahlı Qüvvələrinin general-mayoru, daxili təhlükəsizlik bölməsinin komandiri Andreas Henne Rusiyanın Ukrayna ərazisində hücumundan sonra Avropada təhlükəsizlik vəziyyətinin kəskin şəkildə dəyişdiyini diqqətə çatdırıb. Bundan əlavə, o, Almaniyanın Rusiya ilə mümkün münaqişə vəziyyətində NATO-nun şimal-şərq cinahına qüvvələrin ötürülməsi üçün istifadə edilə bilən hərbi dəstək mərkəzlərin olduğunu bəyan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
avtosfer.az

2Mənbələr