"Universitatya Krayova" - "Başakşəhər" matçında meydanlarda çox görülməmiş bir hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, Rumınıya klubunun diktoru meydandan qovulub. Buna səbəb onun meydana daxil olaraq qolu anons etməsidir.

Həmin anları sizə təqdim edirik.

Qeyd edək ki, "Başakşəhər" hər iki oyunda məğlub olaraq Konfrans Liqasında mübarizəni dayandırıb.