AZ

Hakan Fidan: Rusiyanın planı dəyişib

BAKI, 29 avqust. TELEQRAF

“Rusiya müharibənin başalamasından bəri qismən ələ keçirilmiş Ukraynanın dörd bölgəsinə artıq tam nəzarəti əldə etmək niyyətində deyil”.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

“Belə deyim: ruslar əvvəllər dörd bölgənin bütün inzibati sərhədlərini ələ keçirmək niyyətində idilər. İndi bu tələblərdən əl çəkiblər və bir yer istisna olmaqla, təmas xəttində qalırlar”, - nazir qeyd edib.

Söhbət Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən gedir.

Seçilən
133
teleqraf.com

1Mənbələr