AZ

Türkiyənin Zəfər Bayramı günündə - ZİYARƏT

Yazını böyüt
Yazını kiçilt

Bakıda Türkiyənin 30 Avqust - Zəfər Bayramı münasibətilə Türk şəhidliyi abidəsi ziyarət edilib.

Hafta.az xəbər verir ki, tədbirdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, səfirliyin nümayəndələri və bir sıra rəsmi şəxslər iştirak edib.

Əvvəlcə Türk şəhidliyi abidəsinin önünə əklil qoyulub. Sonra isə Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib. Səfir Birol Akgün abidənin önündə çıxış edib. O, Azərbaycan və Türkiyə şəhidlərini rəhmətlə anaraq ruhları qarşısında öz ehtiramını ifadə edib. Birol Akgün ölkələrimiz arasında qardaşlıq əlaqələrinin möhkəmlənməyə davam edəcəyini vurğulayıb.

Ardınca Türk şəhidliyi və Şəhidlər xiyabanı ziyarət edilib, abidənin önünə əklil qoyulub, qərənfillər düzülüb.

Qeyd edək ki, 1922-ci il avqustun 30-da Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandanlığı altında qazanılan qələbə Türkiyədə Zəfər Bayramı kimi qeyd olunur.

Seçilən
45
9
hafta.az

10Mənbələr