AZ

Cənubi Koreyanın prezidentinin həyat yoldaşı ittiham olundu

Ajans.az Associated Press-ə istinadən xəbər verir ki,ittihamlar Yoonun 2024-cü ilin dekabrında müxalifətin üstünlük təşkil etdiyi parlamentə qarşı hərbi vəziyyət elan etməsi və bunun ardınca başlayan siyasi böhranla bağlı araşdırmalar çərçivəsində irəli sürülüb. Həmin addım yalnız bir neçə saat davam etsə də, ölkədə aylarla siyasi və iqtisadi qarışıqlığa səbəb olmuşdu. İttihamların detalları
  • Kim Keon Hee – maliyyə bazarı və siyasi maliyyələşdirmə qanunlarını pozmaqda, həmçinin rüşvət almaqda günahlandırılır.
  • Han Duk-su – Yoonun hərbi vəziyyət planına dəstək vermək, üsyana bərabər hərəkətlərə yardım göstərmək, sənədləri saxtalaşdırmaq və and altında yalan danışmaqda ittiham olunur.
Prokurorların sözlərinə görə, Han Yoonun planına qarşı çıxdığını iddia etsə də, o, prosesə “aktiv” şəkildə cəlb olunub. Seul Mərkəzi Dairə Məhkəməsi daha əvvəl onun həbsinə order verməkdən imtina edib. Yoon 2024-cü ilin aprelində impiçmentlə vəzifədən kənarlaşdırılıb və ötən ay həbs edilib. Onun hakimiyyət dövründə baş verən korrupsiya qalmaqalları, 2023-cü ildə hərbi xidmətçi ölümünün ört-basdır edilməsi və müxalifətə qarşı sərt addımlar ölkədə böyük rezonans doğurmuşdu. Hazırda Yoon və həyat yoldaşı Kim Keon Hee Cənubi Koreya tarixində eyni vaxtda cinayət ittihamı ilə üzləşən ilk prezident cütlüyü kimi qeydə alınıblar.

 

Seçilən
81
Ajans.az

1Mənbələr