AZ

Sərhəddə partlayış: ölən və yaralananlar var – FOTO

  Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Geqarkunik rayonunda qumbara partlaması nəticəsində 30 yaşlı kişi həlak olub, yaralananlar var.

Referans  globalinfo-ya istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

 
Bildirilib ki, hadisə ot tayasını “Qaz 53”-ə yükləyərkən baş verib. Partlayış nəticəsində Gevorq M., Alexan M. və onların atası 63 yaşlı Ohan M. bədən xəsarətləri ilə “Vardenis” tibb məntəqəsinə yerləşdiriliblər.
Yaralılardan biri – Aleksandr M. reanimasiyada ölüb, digər iki yaralı isə İrəvandakı xəstəxanalardan birinə çatdırılıb.

Hadisə ilə bağlı Vardenis İstintaq İdarəsində cinayət işi başlanıb.  

Seçilən
96
5
referans.az

6Mənbələr