AZ

İran bu nüvə müqaviləsindən çıxır?


İran parlamenti Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaq planını hazırlamağa başlayıb. Bu barədə Yaxın Şərq KİV-ləri iranlı deputat Hüseyn Əli Hacı-Dəliqaniyə istinadən bildirib. Onun sözlərinə görə, müqavilədən çıxmaq planı bu gün deputatların müzakirəsinə təqdim ediləcək və gələn həftə təsdiqlənəcək. "Burada yeni heç nə yoxdur. Artıq dediyimiz kimi, bu, bizə qarşı sanksiyaları əhatə edən tətikləyici mexanizmin aktivləşdirilməsinin nəticəsidir", - deputat qeyd edib. Tehran hesab edir ki, bu tədbir Böyük Britaniya, Fransa və Almaniyanın İranın nüvə proqramına qarşı BMT-nin sanksiyalarının bərpası təşəbbüsünə cavabdır.

Mətləb

Seçilən
43
1
baki-xeber.com

2Mənbələr