ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi sentyabrın 8-də səsverməyə çıxarılacaq 2026-cı maliyyə ili üzrə Milli Müdafiə Səlahiyyətləri Aktı (NDAA) ilə bağlı hesabatını açıqlayıb.
Publika.az xəbər verir ki, hesabatda ABŞ-ın Suriya, Çin, İsrail, Rusiya, Şimali Koreya və terror təşkilatlarına qarşı planlaşdırılan hərbi strategiyaları, müdafiə xərcləri və yeni texnologiyalara yatırılacaq investisiyalar təqdim edilib.
Hesabatda vurğulanıb ki, ABŞ müdafiə planının mərkəzinə Çini qoyur. Bu çərçivədə Sakit Okean Məhdudlaşdırma Təşəbbüsü vasitəsilə ABŞ-ın Hind-Sakit okean regionundakı mövqeyi gücləndiriləcək. Hipersəs silahları, süni intellekt, avtonom sistemlər, kiber qabiliyyətlər və yüksək enerjili lazer texnologiyaları kimi qabaqcıl sahələrə böyük investisiyalar nəzərdə tutulur.
İsrailə əlavə hərbi dəstək
ABŞ Yaxın Şərqdəki terror təşkilatları ilə mübarizədə İsrail və regional tərəfdaşlarına daha geniş dəstək göstərməyi planlaşdırır. Yeni texnologiya təşəbbüsü çərçivəsində süni intellekt, kvant elmi, kibertəhlükəsizlik və robototexnika sahələrində tədqiqatlar üçün 35 milyon dollar ayrılacaq. Bundan əlavə, ABŞ-İsrail Tunel Əleyhinə Proqramı üçün 50 milyon dollar, pilotsuz uçuş sistemlərinə qarşı əməkdaşlıq üçün isə 70 milyon dollar büdcə nəzərdə tutulub.
NATO və Rusiya istiqamətində planlar