AZ

Ermənistanlı konsul Azərbaycana casusluqda şübhəli bilinir

Ermənistanın Avstriyadakı konsulu Aşxen Aleksanyan təxminən iki ay əvvəl İrəvana qayıdarkən Azərbaycana casusluqda şübhəli bilinərək saxlanılıb.


Manset.az Report-a istinadən xəbər verir ki, onun üzərində Azərbaycan üçün casusluq şübhəsi yaradan sənədlər aşkarlanıb.

Saxlanıldıqdan sonra Milli Təhlükəsizlik Xidməti Ermənistan Xarici İşlər Nazirliyinin binasında axtarışlar aparıb, kompüterlər və sənədlər yoxlanılıb.

Qalmaqaldan yayınmaq üçün həbs haqqında məlumat rəsmi olaraq açıqlanmayıb.

Seçilən
66
2
manset.az

4Mənbələr