AZ

Şəmkir Maşın Kanal 2 ci pillə nasos stansiyasında baş verən qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

ain.az, Azxeber.com portalına istinadən məlumat verir.

Şəmkir Maşın-Kanal 2-ci pillə nasos stansiyasının 2-ci kilometrində hidro təzyiq nəticəsində metalın aşınması boruda qəzaya səbəb olub.

Qəzanın baş verdiyi andan etibarən Şəmkir Maşın-Kanalının İstismarı İdarəsi tərəfindən dərhal tədbirlər görülüb və qəza aradan qaldırılıb. Hazırda borunun təmiri və bərpası istiqamətində işlər davam etdirilir.

Məlumat üçün qeyd edək ki, boru vasitəsilə ötürülən su suvarma məqsədilə istifadə olunur və qəza nəticəsində nə əkin sahələrinə, nə də mülki şəxslərə hər hansı zərər dəyməyib. Ətrafa axan su nasos stansiyanın suqəbuledici qurğusuna istiqamətlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
74
28
azxeber.com

10Mənbələr