AZ

ADSEA Şəmkir Maşın-Kanal 2-ci pillə nasos stansiyasında baş verən qəza ilə bağlı açıqlama yayıb

Bakı. Trend:

Şəmkir Maşın-Kanal 2-ci pillə nasos stansiyasının 2-cikilometrində hidro təzyiq nəticəsində metalın aşınması borudaqəzaya səbəb olub.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən(ADSEA) məlumat verilib.

Bildirilib ki, Qəzanın baş verdiyi andan etibarən ŞəmkirMaşın-Kanalının İstismarı İdarəsi tərəfindən dərhal tədbirlərgörülüb və qəza aradan qaldırılıb. Hazırda borunun təmiri vəbərpası istiqamətində işlər davam etdirilir.

“Məlumat üçün qeyd edək ki, boru vasitəsilə ötürülən su suvarmaməqsədilə istifadə olunur və qəza nəticəsində nə əkin sahələrinə,nə də mülki şəxslərə hər hansı zərər dəyməyib. Ətrafa axan su nasosstansiyanın suqəbuledici qurğusuna istiqamətlənib”, - deyə qeydolunub.

Seçilən
74
28
az.trend.az

10Mənbələr