38 nəfər mülki şəxsin həlak olduğu sərnişin təyyarəsinin Rusiya səmasında vurulması insanlıq əleyinə cinayətdir.
Möhtərəm Prezident cənab İlham Əliyev bu günlərdə nüfuzlu Əl-Ərəbiyyə telekanalına müsahibə verərək, beynəlxalq və regional məsələlərə bir daha aydınlıq gətirdi. Ölkə başçısı müasir dünyada baş verən proseslər fonunda milli maraqlarımıza cavab verən və toxunan əksər məsələləri həssaslıqla vurğulayaraq, Azərbaycanın müstəqil siyasət yürüdən ölkə olduğunu son illər qazandığı uğurlarla təsdiq etdiyinə diqqət çəkdi.
Məlum olduğu kimi, ötən ilin 25 dekabr tarixində baş vermis faciəvi hadisə Azərbaycanın Rusiya ilə münasibətlərinə ciddi zərər vurub. 38 nəfər mülki şəxsin həlak olduğu sərnişin təyyarəsinin Rusiya səmasında vurulması insanlıq əleyinə cinayətdir. Həmin vaxt dünya Azərbaycan dövlətinin, xalqının, onun Müzəffər lideri cənab İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin şahidi oldu. Belə ki, qəza barədə məlumat alan Ölkə başçısı məsələyə ildırım sürəti ilə reaksiya nümayiş etdirdi. Məlum olduğu kimi Faciəvi hadisə baş verən gün – 25 dekabr tarixində Möhtərəm Prezident Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının görüşündə iştirak etməli idi. Hətda həmin vaxt görüş üçün Ölkə başçısının artıq yolda olduğu məlum olmuşdu.
Lakin Dövlət başçısının məlumat alarkən geri qayıtmaq barədə tapşırığı onun məsələyə nə qədər önəm veriyinin təzahürü idi. Cənab Prezident elə təyyarənin göyərtəsində vəziyyətlə bağlı aidiyyəti strukturlara tapşırıqlar vermiş, Bakı hava limanına endikdən sonra isə əsas dövlət qurumlarının iştirakı ilə təcili iclas keçirmişdir. Hadisənin araşdırılması üçün dövlət komissiyası, nazirliklərin və digər strukturların nümayəndələrindən ibarət qrup yaradıldı və onlar dərhal təbii fəlakət yerinə yollandı. Ölkəmizin aidiyyəti dövlət qurumları hadisənin milli hava məkanından kənarda baş verməsinə baxmayaraq, qazaxıstanlı həmkarları ilə koordinasiya halında ictimaiyyəti mümkün qədər çox məlumatlandırmağa çalışdı. Ölkə başçısı müsahibəsində bir daha bəyan etdi ki, Azərbaycan bu məsələnin həlli ilə bağlı haqlı mövqe ortaya qoyub. Bu hadisədə əli olan hər kəs cəzalanmalı, təzminat ödənməli, rəsmi üzr istənilməlidir.
Günay İbrahimova;
Neftçala rayonu