Şəmkir rayonunda su anbarına gedən magistral boru xəttində qəza baş verib.
Publika.az Bakı.vs-yə istinadən xəbər verir ki, qəza nəticəsində boru xəttindən axan su ətrafa yayılıb.
Həmin görüntüləri təqdim edirik:
xxx
Şəmkir Maşın-Kanal 2-ci pillə nasos stansiyasının 2-ci kilometrində hidro təzyiq nəticəsində metalın aşınması boruda qəzaya səbəb olub. Qəzanın baş verdiyi andan etibarən Şəmkir Maşın-Kanalının İstismarı İdarəsi tərəfindən dərhal tədbirlər görülüb və qəza aradan qaldırılıb. Hazırda borunun təmiri və bərpası istiqamətində işlər davam etdirilir.