AZ

“Azərkosmos”un ixrac gəlirləri azaldı

BAKI, 29 avqust. TELEQRAF

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) dünyanın 41 ölkəsinə 10,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda qeyd edilib.

Bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 7,3 faiz azdır.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. Təkcə iyul ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində2,7 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,1 milyon ABŞ dolları ilə Lüksemburq, 498,9 min ABŞ dolları ilə Nigeriya,461 min ABŞ dolları ilə Türkiyə, 417,5 min ABŞ dolları ilə Misir qərarlaşıb.

Seçilən
31
18
teleqraf.com

10Mənbələr