AZ

Aqrar məhsullarının ixracı artdı

Bu ilin yanvar-iyul aylarında aqrar məhsulların ixracı 27,9% artaraq 551,4 milyon ABŞ dolları təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda qeyd edilib.

Aqrar-sənaye məhsullarının ixracı isə 7,3% artaraq 178,8 milyon ABŞ dollarına bərabər olub.

Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,1% artaraq 730,2 milyon ABŞ dolları təşkil edib.

Seçilən
121
teleqraf.com

1Mənbələr