ain.az, Azvision portalına istinadən məlumat yayır.
AzVision.az xəbər verir ki, Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç “RBK” telekanalına müsahibəsində belə deyib. Onun sözlərinə görə, 2025-ci ilin dekabrına qədər Minsk qrupunun ləğvi planlaşdırılır. Lukaşeviç bildirib ki, söhbət üç qurumun işinin dayandırılmasından gedir: Minsk Qrupu, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vəzifəsi və yüksək səviyyəli planlaşdırma qrupu. “Bu qurumların saxlanmasının məqsədəuyğun olmaması ilə bağlı tərəflərin mövqeyini nəzərə alaraq, onların ləğvinin qarşısını almaq üçün heç bir əsas görmürük”, - rusiyalı diplomat vurğulayıb. Avqustun 26-da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in MQ-nin buraxılması ilə bağlı qərarın sentyabrın 1-də veriləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu mexanizm əslində sülh prosesindən çoxdan uzaqlaşdırılıb. Xatırladaq ki, Ceyhun Bayramov və onun erməni həmkarı Ararat Mirzoyan avqustun 8-də Vaşinqtonda MQ-nin ləğvi ilə bağlı ATƏT-ə müraciət imzalayıblar və bu müraciət avqustun 11-də ATƏT-ə göndərilib. Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.