AZ

"Fənərbağça" Mourinyunu istefaya göndərdi

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo istefaya göndərilib. 

Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

“Fənərbağça” Çempionlar Liqasından kənarlaşdırıldıqdan sonra portuqaliyalı mütəxəssislə yollarını ayırmaq qərarına gəlib. Klub pley-off mərhələsində "Benfika"ya uduzub.

Mourinyu 2024-cü ilin yayından "Fənərbağça"nı çalışdırırdı. Ötən mövsümün əvvəlində onunla 2 illik müqavilə imzalanmışdı.

Seçilən
13
fanat.az

1Mənbələr