BAKI, 29 avqust. TELEQRAF
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektləri arasında ən yüksək göstərici ARDNŞ-nın Marketinq və İqtisadi İslahatlar İdarəsinə aid olub.
Teleqraf İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na əsasən xəbər verir ki, şirkət xaricə 244,2 milyon ABŞ dolları dəyərində məhsul satıb.
Reytinqdə ikinci yeri 157,9 milyon dollar ilə SOCAR Polymer MMC tutub.
Üçüncü yerdə 125,1 milyon dollarlıq ixracla “AzərGold” QSC qərarlaşıb. Bu göstərici 2024-cü ildəki 55,1 milyon dollarlıq ixracla müqayisədə əhəmiyyətli artım deməkdir.
“Azəraliminium” MMC 76,7 milyon dollarla 4-cü yerdə, “Prime-Cotton” MMC isə 69,5 milyon dollarla 5-ci yerdə qərarlaşıb.