AZ

"Socar Polymer"in ixrac gəlirləri 14%-dən çox artıb

Bakı. Trend:

Cari ilin yanvar-iyul aylarında "Socar Polymer"in ixracgəlirləri 157,9 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili vəKommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nınavqust sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə19,7 milyon ABŞ dolları və ya 14,2% çoxdur.

Belə ki, 2024-cü il yanvar-iyul aylarında "Socar Polymer"inixrac gəlirləri 138,2 milyon ABŞ dolları idi.

Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarındaiştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-ninMarketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Dahasonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCARPolymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, AzərbaycanRespublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “AzərpambıqAqrar Sənaye Kompleksi" MMC,"SOCAR-DALĞIC" MMC, "Azərbaycan DəmirYolları" QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "İstisu"mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti.

Məqalədə:
Seçilən
26
3
az.trend.az

9Mənbələr