Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında “Azəralüminium” MəhdudMəsuliyyətli Cəmiyyətinin (MMC) ixrac gəlirləri 76,7 milyon ABŞdolları təşkil edib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın avqust sayınaistinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə7,1 milyon ABŞ dolları və ya 8,5% azdır.
Belə ki, 2024-cü il yanvar-iyul aylarında “Azəralüminium”MMC-nin ixrac gəlirləri 83,8 milyon ABŞ dolları olub.
Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarındaiştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-ninMarketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Dahasonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCARPolymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, AzərbaycanRespublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “AzərpambıqAqrar Sənaye Kompleksi" MMC,"SOCAR-DALĞIC" MMC, "Azərbaycan DəmirYolları" QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "İstisu"mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti.