Bakı. Trend:
Cari ilin yanvar-iyul aylarında "AzerGold"un ixrac gəlirləri125,1 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın avqust sayınaistinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə70 milyon ABŞ dolları və ya 2,3 dəfə çoxdur.
Belə ki, 2024-cü il yanvar-iyul aylarında "AzerGold"un ixracgəlirləri 55,1 milyon ABŞ dolları idi.
Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarındaiştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-ninMarketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir.
Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:“SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC,Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi,“Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,"SOCAR-DALĞIC" MMC,"Azərbaycan Dəmir Yolları" QSC, Naxçıvan MR Dövlət EnergetikaXidməti, "İstisu" mineral su zavodu Məhdud MəsuliyyətliCəmiyyəti.