İsrail ordusu Qəzzanı təhlükəli döyüş zonası elan edib.
APA xəbər verir ki, bu barədə İsrail ordusu özünün “Telegram” hesabında məlumat yayıb.
Ordu Qəzzada terror təşkilatlarına qarşı mübarizəyə davam edəcəklərini bəyan edib.
Eyni zamanda, humanitar səylərin davam etdiriləcəyi qeyd olunub.
Qeyd edək ki, İsrail ordusu Qəzzanın ələ keçirilməsi barədə təhlükəsizlik kabinetinin qərarının icrasına başlayıb.